İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

19 May 2021 - 19:00

Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyev Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Bu barədə İlqar Məmmədov bildirib.

Partiya sədri qeyd edib ki, Ədalət Vəliyevlə bir saatdan çox davam edən ikitərəfli görüşdə müxtəlif məsələlər müzakirə edilib.