“Azərbaycanda terror təhlükəsinin olması ilə bağlı məlumatlar tamamilə əsassızdır” –DTX ABŞ Dövlət Departamentinə cavab verdi

Dövlət Təhlükəsizliyi Xidməti ABŞ-ın Azərbaycanda terror təhlükəsi ilə bağlı vətəndaşlarına ölkəmizə səfər etməmələri barədə tövsiyəsinə münasibət bildirib.

DTX-nın yaydığı rəsmi açıqlamada deyilir: “Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda COVID-19 koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb.

Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağda, Qüdsdə baş verənlərə etiraz etməsək, daha böyük fəlakətlərlə üzləşəcəyik” –

Sonrakı məqalə

İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb