İmişli rayonu məşhur Hollivud filmində –

Nikol Kidman və Corc Kluni rayonda nə axtarırlar? (VİDEO)
07 May 2020 - 00:43

1997-ci ildə Hollivudda çəkilmiş “Sülhməramlı” (The Peacemaker) filmində Azərbaycanın İmişili rayonu nüvə qaçaqmalçılarının keçdiyi ərazi kimi göstərilir.

Azpost.info bildirir ki, filmdə baş qəhrəmanlar  Çelyabinsk şəhərindən çıxan təhlükəli yükün keçəcəyi yeri müəyyən etmək istəyirlər. Bu zaman bəlli olur ki, bu yer Azərbaycanın İmişli rayonudur. Filmin qəhrəmanlarını oynayan məşhur aktyorlar Nikol Kidman və Corc Kluni  kompyuterdə İmişli rayonunun koordinatlarını axtarmağa başlayır.

Qeyd edək ki, filmdə baş rolları Corc Kluni, Nikol Kidman və rus aktyoru Baluyev  oynayıb.

Filmin məzmunu belədir: Çelyabinskdə utilizasiya üçün nüvə başlığı aparan qatar sərnişin qatarı ilə toqquşur.  Nəticədə minlərlə insan nüvə başlığının partlamasından həlak olur. Ağ Evdə bu faciədən xəbər tuturlar. Vəziyyətin tədqiqi üçün işə nüvə üzrə alim Kelli (Nikol Kidman) və ordunun kəşfiyyat idarəsinin polkovniki Devo (Corc Kluni) cəlb edilir.

Məlum olur ki, partlayışı rus ordusunun generalı Kodorov qəsdən təşkil edib. Məqsəd nüvə başlıqlarını ələ keçirib “qara bazarda” satmaqdır.

Filmin qəhrəmanları  əsgərlərlə birgə vertalyotlarla nüvə başlıqlarının aparlıdığı yük qatarını ələ keçirmək üçün yola düşürlər. Qatarda isə Rusiyadan Azərbaycan vasitəsilə ilə İrana keçmək istəyən rus generalı Kodorov da gedir.

Azpost.info