Moskvada koronavirusdan ölənlərin sayı 900-ü keçib

Moskvada COVID-19 diaqnozu qoyulmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 39 xəstə dünyasını dəyişib.

“TASS” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ koronavirusdan ölənlərin sayı 905 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 10 559 nəfərdə koronavirus aşkar edilib, ölkədə ümumilikdə 165 929 nəfər virusa yoluxub. İndiyədək 1537 nəfər bu ölümcül virusun qurbanına çevrilib, 21 327 nəfər isə sağalaraq evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İmişli rayonu məşhur Hollivud filmində –

Sonrakı məqalə

Avrokubokların təxmini təqvimi açıqlanıb