İmişlidə zəlzələ olub

13 Avqust 2021 - 17:21

İmişli rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 16:28-də Saatlı stansiyasından 15 km şimalda, İmişli rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,1, dərinliyi isə 52 km olub. Zəlzələ hiss olunmayıb.