İmişlidə soyqırım və deportasiya qurbanları ilə bağlı seminar keçirilib

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Soyqırım və deportasiya qurbanlarına dəstək” adlı layihənin növbəti mərhələsinin icrasını davam etdirir. Layhə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.

Layihə fəaliyyəti çərçivəsində İmişli şəhərində, İmişli Rayon İcra Hakimiyyətinin konfrans zalında və İmişli rayonun Hacalmuradlı kənd Klubunda yerli icmaların iştirakı ilə seminar keçirilib. Seminarı giriş sözü ilə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli açıb. O layihənin məqsəd və vəzifələri və hədəfləri barədə iştirakçıları məlumatlandırıb.

Deportasiya və soyqırımın Azərbaycan və türk dilli xalqların həyatında buraxdığı dəhşətli izlər barədə məlumat verib. İlqar Hüseynli eyni zamanda təşkilatı dəstəyə görə İmişli rayon İcra Hakimiyyətinin əməkdaşlarına və İmişli rayonun Hacalmuradlı kənd Klubunun rəhbərliyinə minnətdarlığını ifadə edib. Seminarlarda İmişli RİH-nin əməkdaşı Məhəmmədəli Sarıyev və İmişli rayonun Hacalmuradlı kənd Klubunun müdiri Rövşən İbişli qonaq qismində iştirak edib.

Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin hüquq departamentinin əməkdaşı, Ankara və Tallin Universitetinin məzulu, İtalya Respublikası Boloniya Unuversitetinin magistrı Əlibəy Hüseynli Azərbaycanlıların Ermənistandan deportasiya tarixinin bütün mərhələləri barədə geniş təqdimat edib. Qərbi Azərbaycana qayıdış Konsepsiyasının müddəaları və bu istiqamətdə tarixi zərurətlər barədə məlumatlar verib.

O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Qərbi Azərbaycan İcması yaradılıb və onun təklifləri əsaında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi hazırlanıb.

Təqdimat zamanı həm də “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi və onun beynəlxalq hüquq prinsipləri barədə seminar iştirakçılarına məruzə təqdim edib. Bildirib ki, Azərbaycan tərəfinin hazırladığı sənəd soyqırıma məruz qalan digər türkdilli xalqlar üçün nümunəvi sənəd kimi istifadə edilə bilər.

Layihə üzrə növbəti fəaliyyət növbəti icmalarda davam etdiriləcək.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.