İndiyədək 134 min 768 nəfər koronavirusa yoluxub –

70 min 387 nəfər sağalıb, 4083 nəfər ölüb
13 Mart 2020 - 10:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı yayıb.

Martın 13-ə olan məlumata əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 134 768, yeni yoluxanların sayı 102 nəfərdir.

Bildirilib ki, indiyədək xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır. Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır.