İndiyə qədər Laçından Xankəndinə 33 avtomobil keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Laçından Xankəndi istiqamətinə 1 minik maşını, eyni zamanda Xankəndi-Laçın istiqamətində 1 minik maşını keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

Qeyd edək ki, bu gün ümumilikdə hər iki istiqamətə RSK-ya 33 təminat yüklü avtomobil aksiya keçirilən ərazidən keçib. (APA)

Əvvəlki məqalə

Ermənistan XİN başçısı Brüsselə səfər edəcək

Sonrakı məqalə

“Əl-Nəsr” daha bir futbol ulduzunu transfer etməyə hazırlaşır