İndoneziya prezidenti Ukraynada səfərdədir- FOTO

İndoneziya prezidenti Coko Vidodo Ukraynaya səfər edib.

İşgüzar səfər çərçivəsində İndoneziya prezidenti İrpen şəhərində olub. O, Ukraynada şəhərin dağıntıları ilə tanış olub.

Sonra Kiyevdə Ukrayna və İndoneziya prezidentləri arasında görüş keçirilib.

“Tərəfdaşlarımızın səfərləri dayanmır. Bu gün Kiyevdə İndoneziya prezidenti Coko Vidodo ilə görüşdüm. Sağ olun ki, dövlətimiz üçün bu çətin zamanda xalqınızın və ölkənizin dəstəyini hiss edirik!”, – deyə Ukrayna Prezidenti Volodimir Zelenski birgə brifinqdə söyləyib.

Zelenski, həmçinin vurğulayıb ki, Ukraynanın G20 sammitində iştirakı iki əsas amildən, Ukraynadakı təhlükəsizlik vəziyyətindən və sammit iştirakçılarının tərkibindən asılı olacaq.

Eyni zamanda, Vidodo qeyd edib ki, Zelenski ilə danışıqlar zamanı şəxsən onu G20 sammitinin üzvü olmağa dəvət edib.

“Bundan başqa prezident Zelenskiyə çatdırdım ki, Ukrayna qlobal ərzaq təhlükəsizliyində çox vacibdir, ona görə də Ukraynadan taxılın maneəsiz ixracını təmin etmək və Ukrayna dəniz limanları vasitəsilə də ixracı təmin etmək üçün bütün maraqlı tərəflərin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır”, – deyə Coko Vidodo birgə brifinqdə bildirib.

Əvvəlki məqalə

Azərbaycan nefti bahalaşıb

Sonrakı məqalə

“Azərbaycan həm regional, həm qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib”