İndoneziyada terrorçu kilsəyə hücum edib –Bir neçə nəfər yaralanıb

Martın 28-də yerli vaxtla səhər saatlarında İndoneziyanın Makassar şəhərində kamikadzenin katolik kilsəsinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb. Terrorçu özü həlak olub.

Azərtac İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə əyalətin polis idarəsi məlumat yayıb. Partlayış anı küçədə yerləşən kameralar tərəfindən qeydə alınıb.

Bildirilir ki, partlayış kilsədə bazar günü ibadəti zamanı baş verib. Hadisə nəticəsində zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Partlayış zamanı kilsədə olanların xəsarət almadığı qeyd edilir.

Hazırda hadisənin detalları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qobustanda kişi arvadının başını kəsib, özünə bıçaq xəsarətləri yetirib

Sonrakı məqalə

Lənkəranda yeniyetməni vuran sürücü hadisə yerindən qaçıb