Lənkəranda yeniyetməni vuran sürücü hadisə yerindən qaçıb

Lənkəranda yeniyetməni avtomobil vurub.

Hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Məhərrəməli Anar oğlu Dadaşovu avtomobil vurub. Yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən naməlum sürücü “QazEL” markalı yük avtomobili idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İndoneziyada terrorçu kilsəyə hücum edib –

Sonrakı məqalə

Balaca Lüksemburq 778 milyon dollar, böyük Rusiya 187 milyon dollar –