Koronovirus Pandemiyası Azərbaycanda İT şirkətlərinin və mütəxəssislərinin rolunu artırdı. Sıravi vətəndaşdan tutmuş özəl və dövlət qurumları bu texnologiyanın zəruriliyini dərk etməyə məcbur oldular.
Vətəndaşlarımızın Koronovirus Pandemiyasına qədər yalnız əyləncə üçün istifadə etdikləri texnoloji cihazları artıq həyatı vacib vasitəyə çevrilib. O cümlədən dövlət qurumları, nazirliklər pandemiya dönəmində bu sahədəki boşluqlarını müəyyən edə bildilər. Bu və digər məsələlər barəsində ARB24 kanalında Rasim Şərifovun təqdimantında efirə gedən “İşgüzar Səhər” proqramında İT mütəxəssisi Elvin Abbasov və telejurnalist Şöhrət Əli müzakirələr aparıblar.