İngiltərədə yenidən sərtləşdirilmiş karantin qərarı verildi –Adamlar gündə bir dəfə evdən çıxacaqlar

Bu gün Boris Conson xalqa 8 dəqiqəlik videomüraciət edərək İngiltərədə yenidən sərtləşdirilmiş milli karantin tətbiq ediləcəyini bildirib. 

Baş nazir, ötən ilin mart ayında olduğu kimi, insanları yenidən evdə qalmağa və zərurət olmadığı halda evdən çıxmamağa səsləyib. O, koronavirusun yeni variantının sürətlə çoxaldığını, bunun qarşısını almaq üçün belə bir addım atmağın vacibliyini qeyd edib.

Qəbul edilən yeni qaydalara əsasən, inşaat və mağaza sektorundan başqa, bütün sahələrdə çalışan işçilər evdən işləyəcəklər. İnsanlar yalnız gündə bir dəfə idman etmək, başqa yardıma ehtiyacı olan insanların qayğısına qalmaq, ya da tibbi ehtiyacları qarşılamaq üçün evdən çıxa biləcəklər.

Yeni qaydalara əsasən, ibtidai, orta məktəblər, kolleclər sabahdan etibarən onlayn təhsilə keçəcəklər.

Qeyd edək ki, sərtləşdirilmiş karantin ötən ilin mart ayından etibarən İngiltərədə tətbiq edilən üçüncü milli karantindir. Yeni karantinin fevral ayının əvvəlinə qədər davam edəcəyi gözlənilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tarif Şurası SOCAR-ın qazın qiymətini artırmaqla bağlı müraciətini qəbul etmədi

Sonrakı məqalə

Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Elyazov vəfat edib