Tarif Şurası SOCAR-ın qazın qiymətini artırmaqla bağlı müraciətini qəbul etmədi

Tarif  Şurası  Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə təbii qazın pərakəndə satış qiymətinin artırılması ilə bağlı təklifini qəbul etməyib.

Azpost.info bildirir ki, bu barədə Tarif Şurasının yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

Xatırladaq ki, yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aİ-92 benzininin və dizel yanacağın qiyməti artırıldı –

Sonrakı məqalə

İngiltərədə yenidən sərtləşdirilmiş karantin qərarı verildi –