İnsanların pulları ilə risk etməyə hazır olub-olmadığı əlində olan məbləği qazanmaq üçün necə çətin və ağır yoldan keçdiyi psixoloji hissi ilə bağlıdır.
Azpost.info bildirir ki, bu barədə Notr-Dam Universiteti məlumat yayıb.
“Çox və səylə işləmək riskə olan tolerantlığı azaldır. İstehlakçılar işlədikləri zaman öz gəlirləri üçün daha çox psixoloji məsuliyyət hiss edirlər. Bu da onları həmin gəliri daha çox dəyərləndirməyə və onu itirməmək üçün səy göstərməyə vadar edir”, – tədqiqatın müəllifi Kristofer Bekler bildirib.
Bunu öyrənmək üçün alimlər könüllülərlə dörd təcrübə aparıblar. İştirakçılar miniatür maliyyə dövrü ərzində üç-altı dövr (oyun ayları) üçün pul qazanmaq üçün səy göstəribilər.
Tapşırığa görə, təcrübədə iştirak edənlər pul qazanmaq üçün klaviaturada onlarla və ya yüzlərlə dəfə “s” düyməsini basmalı və hollandca misraları köçürmək daxil idi. Hər dövrə bitəndən sonra iştirakçılar investisiya şəkilndə qazanclarını riskə atmaq imkanı əldə ediblər.
Tədqiqat göstərib ki, könüllü nə qədər çox çalışırsa, bir o qədər qazancını investisiyalara və ya oxşar fəaliyyətlərə riskə atmaq üçün az hazır olur. Bu asılılıq nə qədər güclü olursa qazanc və xərcləmə arasındakı gecikmə də bir o qədər azalır.
Müəlliflərin fikrincə, bu, rəqəmsal mühasibatlığın hər gün əmək haqqı hesablamağa imkan verdiyi müasir dünyada (ofisiantların hər gün “çaypulu” almasına bənzər) xüsusilə vacibdir.