"Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır". Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib. “Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xətt”dən tam istifadə edilməsi vacibdir”, - Toivo Klaar qeyd edib. Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub.