“Intel” korporasiyasının səhmlərinin bazar dəyəri mənfəət itkisi proqnozlarına görə təxminən 8 milyard dollar ucuzlaşıb.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ çip istehsalçısı fərdi kompüter bazarında tələbin azalmasından şikayət edir. Şirkət birinci rübdə gözlənilməz itki proqnozlaşdırdı və mənfəət proqnozu gözləntilərdən 3 milyard dollar aşağı oldu.
“Intel”in səhmlərinin 6,4 faiz ucuzlaşdığı vaxtda rəqibləri “Advanced Micro Devices” və “Nvidia”nın səhmlərində müvafiq olaraq 0,3 və 2,8 faiz bahalaşma müşahidə olunub.
Azpost.info
