“İnter” öz meydanında qələbə qazanıb –İtaliya A Seriyası

Futbol üzrə İtaliya A Seriyasının La Liqasının 30-cu turunun növbəti oyunu keçirilib.

Turnir cədvəlin lideri “İnter” öz meydanında autsayderlər siyahısında yerləşən “Kalyari” komandasını qəbul edib.

Görüş “İnter”in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 77-ci dəqiqədə Matteo Darmian olub. O, Əşrəf Hakiminin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu qələbə sayəsində xal ehtiyatını 74-ə çatdıran “İnter” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Kalyari” isə 22 xalla 18-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, ikinci pillədə olan “Milan” ötən gün səfərdə “Parma”nı məğlub edib – 3:1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Gəncəyə raket zərbəsi endirənlər hərbi cinayətkarlardır” –

Sonrakı məqalə

“Qarabağda hərbi əməliyyatların bərpa riski minimumdur” –