İnterpol Trampı axtarmaqdan imtina etdi –Tehrana cavab

İnterpol beynəlxalq təşkilatı İran hökumətinin ABŞ Prezidenti Donald Trampın və general Qasım Süleymaninin öldürülməsində iştirak etməkdə günahlandırılan digər şəxslərin beynəlxalq axtarışı ilə bağlı müraciətinə cavab verib.

Modern.azxarici mediaya istinadən məlumatına görə, bildirilib ki, təşkilatın konstitusiyasının 3-cü maddəsinə əsasən belə bir addım ata bilməzlər. “İnterpol siyasi, hərbi, dini və irqi xarakterli hər hansı müdaxilə və ya hərəkətə yol verə bilməz”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 3-də Bağdad aeroportunda ABŞ Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib

Sonrakı məqalə

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək –