İordan çayı sahilində israillilərlə fələstinlilər arasında toqquşub baş verib

İordan çayının qərb sahilində məskunlaşmış israilllərlə fələstinlilər arasında toqquşmalar  baş verib.

Azpost.info bildirir ki, bu barədə İsrail və Fələstin mediası məlumat yayıb.

Bəzi yerlərdə zorakılıqlar daha intensif xarakter daşıyıb.

“Times of Israel” xəbər verir ki, toqquşmalar İordan çayının qərb sahilində terror aktı nəticəsində öldürülən 14 yaşlı Binyamin Ahimeirin cəsədinin tapılmasından sonra baş verib.

Xəbər verilir ki, məskunlaşanlar Ramallah yaxınlığında yerləşən Beytin və Duma şəhərlərinə daxil olublar. Dumada köçkünlər bir neçə avtomobili yandırıblar.

Dünən isə məskunlaşanlar əl-Muğayiryəə basqın edib, evləri və avtomobilləri yandırıb. Bu, fələstinlilərlə İsrail əsgərləri arasında toqquşmalara səbəb olub, bir fələstinli ölüb, onlarla adam yaralanıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.