“iPhone” modelləri ilə bağlı yeni QƏRAR

iPhone
iPhone

“Apple” hər il dörd fərqli “iPhone” modelini eyni tədbirdə təqdim etməsi ilə tanınır. Lakin yayılan son məlumatlara görə, bu ənənə 2026-cı ildən etibarən dəyişəcək.

Valyuta.az xəbər verir ki, “Apple” həvəskarlarını maraqlı yeniliklər gözləyir. Artıq hər payız mövsümündə dörd model arasında seçim etmək yerinə, istifadəçilər həm yazda, həm də payızda təqdim olunan üç model arasında seçim etməli olacaqlar.

“The Information” nəşrinin yaydığı məlumata əsasən, “Apple” 2026-cı ildə təqdim ediləcək “iPhone 18” seriyası ilə birlikdə təqdimat dövriyyəsini dəyişdirməyi planlaşdırır.

Adı açıqlanmayan üç tədarük zənciri mənbəsinə istinadən bildirilib ki, bahalı modellər əvvəl satışa çıxarılacaq. Yəni “Pro” modelləri payızda təqdim olunmağa davam edəcək, standart modellər isə növbəti ilin yazına təxirə salınacaq. Əgər hesabat doğru çıxarsa, Apple 2026-cı ilin payızında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və potensial olaraq qatlanan “iPhone” modelini təqdim edəcək. Daha sonra, 2027-ci ilin yazında isə “iPhone 18” baza modeli, “iPhone 18 Slim” və “iPhone 18e” təqdim olunacaq.

Bu yeni strategiya ilə “iPhone” istifadəçiləri ən son modeli almaq istəyirlərsə, sentyabrda daha baha qiymətə təqdim edilən modelləri seçməli olacaqlar. Daha münasib qiymətli modelləri gözləyənlər isə altı ay gözləməli və artıq texniki baxımdan bir qədər köhnəlmiş modelləri əldə etməli olacaqlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.