“İrəvan Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, yaxın vaxtlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu məsələni müzakirə etmək üçün Rusiyaya səfər edəcək.
“Biz görüşməyə hazırıq. Bu məsələ Moskvada müzakirə olunacaq”, – Paşinyan deyib.
O, həmçinin xatırladıb ki, İrəvan ötən ilin dekabrında keçirilən üçtərəfli görüşdən imtina etməyib: “Sadəcə vəziyyətin gərginləşməsi ilə əlaqədar nazir Ermənistanda olmalı idi və görüşü bu səbəbdən təxirə salmağı xahiş etdim”.
Azpost.info