“Moskva İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək üçün atdığı addımları qeyri-dost hərəkətlər kimi qiymətləndirir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumunda keçirilən brifinqdə deyib.
O xatırladıb ki, bu yaxınlarda Ermənistan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona qeyri-dost hərəkətlərlə bağlı təqdimat verilib.
“Biz ikitərəfli kanallarla dəfələrlə bu cür addımları qeyri-dost hərəkətlər hesab etdiyimizi demişdik. Lakin hansısa mərhələdə biz bu barədə ictimai müstəvidə danışmağa başladıq. Çünki suallar getdikcə çoxalırdı”, – Zaxarova bildirib.
Azpost.info