İrəvanda mer seçkisində səsvermə başa çatıb

Yerli vaxtla saat 20.00-da (Bakı vaxtı 20.00) İrəvan Ağsaqqallar Şurasına (paytaxt meriyası) seçkilərdə səsvermə başa çatıb.

Seçki məntəqələri bağlanıb və səslərin hesablanması başlayır. Bir saatdan sonra Mərkəzi Seçki Komissiyası gün ərzində ən aşağı səviyyədə olan seçici fəallığı ilə bağlı yekun məlumatları açıqlayacaq.

Saat 17.00-a olan məlumata görə, paytaxtda seçicilərin cəmi 21,36%-i səs verib. Seçici fəallığının aşağı olması səslərin hesablanması prosesini sürətləndirəcək. Ehtimal ki, ilkin nəticələr saat 23:00 radələrində açıqlanacaq.

Xatırladaq ki, seçkidə 65 yer uğrunda 13 siyasi partiya və 1 blok mübarizə aparıb.

Əvvəlki məqalə

Bakı Ağdam və Laçın yolunu paralel açmağa hazır olduğunu bəyan etdi –

Sonrakı məqalə

“Tayvan məsələsi Çin və ABŞ münasibətlərində qırmızı xəttdir” –