“İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq”- LAVROV

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla söhbəti zamanı Moskvanın İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Azpost.info xəbər verir ki, nazirlər müxtəlif səviyyələrdə gələcək təmasların zəruriliyini təsdiqləyiblər.

“Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına yardım göstərməyə hazır olduğunu təsdiqləyib.”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Qızılcaya qarşı bütün resurslarımız səfərbər edilib –

Sonrakı məqalə

“Kərimə” dövləti qurmaq istəyən daha 13 nəfərlik qrupun istintaqı başa çatıb