İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti bərpa olunub

05 May 2021 - 18:40

Azərbaycanda 3 vəkilin fəaliyyəti bərpa olunub.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq, İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilmiş iddialardan imtina edilərək, fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul edilib.