“İran 12 günə nüvə bombası üçün lazımi materialları istehsal edə bilir” –PENTAQON

“İran 12 gün ərzində bir nüvə bombası üçün kifayət edəcək  materialları istehsal edə bilər”. 

Azpost.info “Röyter”ə istinadən bildirir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Kolin Kal Konqresdə dinləmələr zamanı bildirib.

Respublikaçı konqresmenlərdən biri ona nə üçün Bayden administrasiyasının İranla 2015-ci ildəki sazişi yeniləməyə cəhd etməsi barədə sual verib. “Ona görə ki, biz “nüvə sazişi”ndən çıxdıqdan sonra İranın nüvə sahəsində irəliləyi əhəmiyyətli dərəcədə olub. İrana bir bomba üçün parçalana biləcək materialı hazırlamaq üçün 12 ay lazım oldu. İndi bu 12 gün çəkir”-deyə Kal cavab verib.

Pentaqon rəsmisi deyib ki, İranın nüvə proqramına məhdudiyyətləri geri qaytarmaq üçün diplomatik danışıqlar digər variantlardan daha yaxşıdır. “Amma hal-hazırda “nüvə sazişi” dondurulmuş vəziyyətdədir”-deyə o əlavə edib.

Qeyd edək ki, MAQATE müfəttişləri bildirib ki, İran ilk dəfə olaraq uranı 84 faizə qədər zənginləşdirib. Pentaqon rəsmisinin bu açıqlaması MAQATE-nin bu ittihamından sonra səslənib.

Əvvəlki məqalə

COVID-19 virusu Çindəki labaratoriyadan sızıb –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri