İran ABŞ-ın Küveytdə yerləşən hərbi qüvvələrinə və logistika təminatı mərkəzlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə Fars agentliyi məlumat yayıb.
Agentliyin yaydığı İran ordusunun bəyanatında bildirilib ki, hücum “İldırım” əməliyyatının on ikinci mərhələsi çərçivəsində həyata keçirilib.
Məlumata görə, zərbələr zamanı İran ordusunun “Araş” tipli zərbə PUA-larından istifadə olunub və hədəf ABŞ qüvvələrinin dislokasiya məntəqələri ilə maddi-texniki təminat obyektləri olub.
Bildirilib ki, əməliyyat ABŞ-ın İrana qarşı fəaliyyətinə cavab olaraq həyata keçirilib.