İran deputatları BMT-nin hesabatına etiraz ediblər:"Siyasi xarakter daşıyır"

İran İslam Şurası Məclisində (Parlament) dini azlıqları təmsil edən deputatlar BMT-nin qətnaməsinə qarşı bəyanatla çıxış ediblər.

İran parlamentində assurları, yəhudiləri və zərdüştləri təmsil edənlər BMT-nin İranda insan hüquqlarının pozulmasına dair qəbul etdiyi qətnamənin siyasi xarakter daşıdığını bildiriblər.

Bəyanatda deyilir ki, İran hökumətinin insan hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq təcrübəyə əsaslanır. BMT-nin hesabatında insan hüquqlarının pozulması ilə əlaqədar göstərilən “faktlar” real mənbəyə deyil, şayiələrə əsaslanır və həqiqəti əks etdirmir. İranda milli və dini azlıqların hüquqları dövlət səviyyəsində qorunur və onların problemlərinə diqqətlə yanaşılır.

Bəyanatda bildirilir ki, beynəlxalq təşkilatın ikili standartlar siyasətindən çıxış etməsi yolverilməzdir.

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiymətinin qalxmasına etiraz edənlərlə polis arasında qarşıdurma yaranıb, nəticədə 100-dən çox nümayişçi və 3 polis əməkdaşı həyatını itirib. Bununla əlaqədar olaraq BMT-nin insan hüquqları bürosu İranı kəskin tənqid edən hesabat hazırlayıb(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Veb-kameraların işlək vəziyyətdə olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır”

Sonrakı məqalə

MSK saat 15:00-a olan seçici fəallığını açıqlayıb