İran dronlarla bağlı Ukraynadan sübut istəyir –"Dörd aydır ki, gözləyirik"

“Ukrayna Rusiya silahlı qüvvələri tərəfindən İran pilotsuz təyyarələrinin istifadəsinə dair sübut təqdim etməyib”.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian CNN telekanalına müsahibəsində deyib.

O bildirib ki, İran münaqişənin heç bir tərəfinə silah vermir və əvvəldən tərəflər arasında siyasi dialoqda israr edir.

XİN rəhbəri qeyd edib ki, Ukrayna tərəfinin tədarükün sübutu kimi təqdim etdiyi fotoşəkillərin heç bir halda İranla əlaqəsi yoxdur.

“Dörd aydır ki, biz danışıqların ikinci mərhələsini gözləyirik. Gözləyirik ki, Ukrayna hakimiyyətinin nümayəndələri gəlib real sənədləri təqdim edəcəklər. Ukraynalılar “bu, baş verəcək” deyirlər, lakin indiyədək heç nə baş verməyib”, – İranın xarici işlər naziri bildirib.

Azpost.info

Əvvəlki məqalə

Hacı Şahinlə vida mərasimi –

Sonrakı məqalə

MEDİA haker hucumları ilə bağlı Bəyanat verib