İran etiraf etdi –Kosmodromda partlayış baş verib

İran hökumətinin sözçüsü Əli Rabi bu ölkənin kosmodromunda partlayış baş verməsi faktını təsdiq edib.

Azpost.info  xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.

İran rəsmisi bildirib ki, hökumət raketlərin fəzaya buraxıldığı start meydançasında baş verən partlayışın səbəblərini müzakirə edir. Onun sözlərinə görə, həmin anda kosmosa göndəriləcək peyk hələ həmin meydançaya gətirilməyib. Əli Rabi əlavə edib ki, partlayışın texniki səbəblərdən baş verdiyi ehtimal edilir.

ABŞ-ın Milli İctimai radiosu avqustun 29-da İranın İmam Xomeyni kosmodromundan kosmosa raket göndərməyə cəhd etdiyini və bunun uğursuzluqla nəticələndiyini bildirmişdi. İranın İnformasiya-Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri isə avqustun 30-da bəyanat verərək bu məlumatı təkzib etmişdi. O bildirmişdi ki, “Nahid-1” peyki yaxşı vəziyyətdədir və hazırda buraxılış meydançasında yerləşdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəkidə 4500 nəfərin yaşadığı kənd içməli su ilə təmin edilib

Sonrakı məqalə

Şamaxıda sirli sufi türbələri –