İran həkimləri BMT Baş katibinə məktub göndərdi:"İqtisadi sanksiyalar virusa qarşı mübarizəni çətinləşdirib"

İranın Tibb Təşkilatlarının Assosasiyası BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

İranın 700 nəfər görkəmli həkiminin imzası ilə yazılan məktubda BMT Baş katibindən İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına köməklik göstərməsi xahiş olunub.

Nəzərə çatdırılıb ki, koronovirus pandemiyasının dövründə tətbiq edilən iqtisadi sanksiyalar virusa qarşı aparılan mübarizəni çəniləşdirib. İnsanlar sadə dərmanların çatışmazlığı ucbatından həlak olurlar. Müalicənin davam etdirilməsi üçün dərman preparatları çatışmır.

Məktubu imzalayanlar qeyd ediblər ki, İrana qarşı tətbiq edilən sanksiyalar beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də qeyri-insani xarakter daşıyır(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək” –

Sonrakı məqalə

Moskvada banka hücum edən şəxs saxlanılıb