Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

İran Kəşfiyyat Nazirliyi AzTV ilə əməkdaşlıq edənləri ağır cəza ilə hədələdi

User 23 İyul 2026 - 10:13 (Last updated: 23 İyul 2026 - 10:15)
Elmlər doktoru AzTV-nin

Elmlər doktoru AzTV-nin

İranın Kəşfiyyat Nazirliyi “düşmən media qurumları” ilə bağlı siyahı yayıb. Siyahıda Azərbaycanın Az TV dövlət telekanalı, eləcə də GünAz TV, BBC Persian, Amerikanın Səsi (VOA), Azadlıq Radiosunun fars xidməti (Radio Farda), Iran International, Manoto TV və digər media qurumları yer alıb.

Azpost.info-nun məlumatına görə, Nazirliyin Baş Prokurorluğa təqdim etdiyi sənəddə bildirilir ki, adı çəkilən media qurumları ilə istənilən formada əməkdaşlıq edən, onlara məlumat, foto, video və ya digər materiallar göndərən şəxslər “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun” 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Siyahıda hansı media qurumları var?

Nazirliyin siyahısına daxil edilən media qurumları arasında bunlar da yer alır:

BBC Persian;

Amerikanın Səsi (VOA);

Radio Farda (Azadlıq Radiosunun fars xidməti);

Iran International;

Manoto TV;

IranWire;

Radio Zamaneh;

GünAz TV;

AZ TV;

Pars TV və digər televiziya və radio kanalları.

Sənəddə qeyd olunur ki, bu media qurumlarına informasiya ötürülməsi, foto və video göndərilməsi, eləcə də digər informasiya əməkdaşlığı milli təhlükəsizlik əleyhinə fəaliyyət kimi qiymətləndirilə və qanunvericiliyə uyğun olaraq ağır cinayət məsuliyyəti yarada bilər.

Bu addım İran hakimiyyətinin xarici media ilə əməkdaşlığa qarşı nəzarəti daha da sərtləşdirdiyini göstərir. Son illərdə Tehran xarici media qurumları ilə əməkdaşlıq edən şəxslərə qarşı oxşar ittihamlarla çoxsaylı cinayət işləri açıb.

Qeyd edək ki, sözügedən siyahı İranın Kəşfiyyat Nazirliyinin Baş Prokurorluğa təqdim etdiyi rəsmi sənəddə yer alır və fars dilində dərc olunub.

AzPost.az

Post navigation

Previous: Avqustda hansı məhsullar bahalaşacaq?
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.