İran nüvə sazişi ilə bağlı öhdəliklərini dayandırdığını bəyan edibYENİLƏNİB

İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran dövləti bəyanat yayaraq elan edib ki, nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcək.

Bəyanatda bildirilir ki, “İran İslam Respublikası nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində beşinci addımı atır. Belə ki, sentrifuqların sayında məhdudiyyəti ləğv edib. Bundan sonra uranın zənginləşdirilməsində, zənginləşdirilmənin faizində, zənginləşdirilmənin miqdarı, araşdırılması və inkişaf etdirilməsinə heç bir məhdudiyyət tətbiq etməyəcək”.

Bəyanatda, həmçinin qeyd olunur ki, İran nüvə proqramını öz ehtiyacları əsasında inkişaf etdirəcək: “İran MAQATE ilə əməkdaşlığını öncədən olduğu kimi davam etdirəcək. Əgər sanksiyalar götürülərsə, İran öz mənafeyinə uyğun olaraq Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərini icra edəcək”.

**

İran nüvə sazişi ilə bağlı öhdəliklərininin icrasını dayandırdığını bəyan edib.

Azpost.info bildirir ki, bu barədə İRİB məlumat yayıb.

Məlumatda bildirilir ki, İran nüvə müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdə yeni ixtisarlar edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Süleymani pis oğlan idi, onu meydandan çıxartdıq”-

Sonrakı məqalə

“Süleymaninin qətlindən 4 saat əvvəl Trampla danışdım” –