“İranlı general Qasım Süleymaninin aradan götürürlməsi hadisələrin inkişafı üçün ən təhlükəsiz ssenaridir”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ dövlət katibi Maykl Pompeo ABC telekanalına müsahibəsində deyib.
“Bizim kəşfiyyatın məlumatları göstərir ki, fəaliyyətsizliyimiz nəticəsində Süleymani öz terrorçu kampaniyasını planlaşdırmaq və hazırlamaqla daha ciddi təhlükə yaradacaqdı”-deyə o bildirib.
Pompeo əlavə edib ki, Ağ Ev düzgün qərar qəbul edib. Dövlət katibi Süleymanini “pis oğlan” adlandırıb: “Biz onu oyun meydanından çıxardıq. Bu çox mühümdür. Ona görə ki, ABŞ-ın əleyhinə olan qüvvələri əlaqələndirən element idi. Belə sui-qəsdçi element amerikalıların həyatını təhlükə altına qoyurdu”