İran nüvə sazişi üzrə ABŞ-la birbaşa danışıqlara razılıq vermir

departament abs

“İran hələlik nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair ABŞ-la birbaşa danışıqlara razılıq vermir”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi növbəti brifinqdə deyib.

“Anladığımız qədər, İran hələ ki, birbaşa danışıqlara razılıq verməyib, lakin biz hesab edirik ki, üzbəüz görüşə hazır olmalıyıq”, deyə Prays bildirib.

Onun sözlərinə görə, birbaşa əlaqə məsələnin müsbət həllini sürətləndirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir