İran Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vahid Cəlalzadə Rusiya Dumasının sədri Vyaçeslav Volodinə Məclis sədri Məhəmməd Bağır Qalibafın mesajını çatdırıb.
Azpost.info xəbər verir ki, mesaj Yaxın Şərqdəki vəziyyətlə bağlı olub.
Qalibaf Volodinə ünvanladığı məktubunda Yaxın Şərqdə baş verən məsələləri açıqlayır və İranı törədilən cinayətlərə qarşı qlobal konsensus əldə etməyə çağırır.
Azpost.info