İran prezidenti ABŞ-la danışıqları davam etdirməyə çağırıb

Pezeşkiyan
Pezeşkiyan

“Gərginliyin azaldılması üçün bütün mümkün diplomatik yollardan istifadə etmək lazımdır“.

IRNA-nın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian Ədliyyə Nazirliyində olarkən deyib.

Pezeşkian qeyd edib ki, müharibə heç kəsin xeyrinə deyil.

“Eyni zamanda, təhdidlərin qarşısında möhkəm dayanmaqla gərginliyin azaldılmasında hər növ məntiqli və diplomatik yoldan istifadə etmək lazımdır. Bununla belə, düşmənə etibar etməmək danılmaz zərurətdir”, – İran Prezidenti vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.