Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İran Prezidentinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb

User 20 May 2024 - 07:00 (Last updated: 21 May 2025 - 20:15)
teyare qaliq

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

Bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

“Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil”,-deyə, o bildirib.

İRNA-nın məlumatına görə, Pirhüseyn Kulivənd bildirib ki, Qızıl Ayparanın axtarış-xilasetmə qrupları prezidenti daşıyan helikopterin olduğu yerə çatıblar. Taval kəndindəki vertolyot axtarış zonasında müasir və xüsusi avadanlıqla təchiz edilmiş 73 xilasetmə qrupu var.

 

Akıncı pilotsuz uçan aparatı İran prezidentinin helikopterinin qalıqları olduğu güman edilən istilik mənbəyi aşkar edib. Koordinatlar aidiyyatı qurumlara təhvil verilib.

Dağıntıları aşkar etdikdən sonra xilasedicilər onların iki kilometr aralıda olduğunu bildiriblər.

Reuters İran rəsmisinə istinadən xəbər verir ki, Rəisinin helikopter qəzasında sağ qalma ehtimalı azdır.

İran rəsmisi Reuters agentliyinə bildirib ki, İran prezidentinin helikopteri sərt eniş zamanı tamamilə yanıb.

Fotodan göründüyü kimitəyyarə qayaya çırpılaraq alovlanıb – qəza zamanı helikopter tamamilə yanıb. Hazırda qəzadan sağ qalanlar barədə məlumat yoxdur. Ölkə prezidentini tapmaq üçün 11 saatdan çox vaxt lazım olub.

Helikopter Taval kəndindən 30 kilometr aralıda tapılıb. Hazırda orada xüsusi texnika ilə 73 xilasetmə qrupu var.

 

iran prez qaliq

Post navigation

Previous: İran Prezidentinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
Next: Rəisinin helikopterindəki bütün sərnişinlər həlak olub –

Oxşar xəbərlər

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34

xƏBƏR

israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İsrail parlamenti Knessetə keçirilən seçkilərdə səslərin hesablanması başa çatmaq üzrədir. Lakin partiyalar arasında mandat bölgüsü dəyişməkdə davam...
Read more about İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.