İran prezidenti Həsən Ruhani, BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ lideri Donald Tramp ilə görüşməyi planlaşdırmır.
Trend-in məlumatına görə, İran lideri vurğuladı ki: “Hər iki lider ciddi məqsədə çatmaq üçün səy göstərdikləri bir vəziyyətdə belə bir görüş planlaşdırılmalı və danışıqlar bu planlara söykənməlidir. Əgər Birləşmiş Ştatlar səlahiyyətliləri danışıqlar aparmaq istəyirlərsə, lazımlı şərtləri yaratmalıdırlar” deyə Həsən Ruhani bildirib.