“Google”nin sabiq əməkdaşı kitab yazdı, sirləri açdı:“Facebook”da insanların sözlərinə yox, elədiklərinə inanın”

Set Stivens -Davidoviçin “Hamı yalan danışır” kitabını  “Amazon”dan “Economist”ə qədər bir çox şirkət və nəşrlər bestseller elan edib.

“Google”da işləmiş Stivens-Davidoviç müxtəlif məlumatların analizinə on il sərf edib. Kitab insanların “Google”da nə yazdığını və niyə bunun bizim önümüzdə ətrafımızda gördüyümüzdən tamam fərqli dünya açdığı  haqda bəhs edir.

Bəs ümumbəşəri yalan nədən ibarətdir?

Daha yaxşı görünmək istəyi

Sosial şəbəkələrdə dürüstlük sərgiləmək üçün stimul yoxdur. Əksinə, orada daha yaxşı görünmək istəyi var. Axı sizin internetdə mövcudluğunuz anonim deyil – siz auditoriya ilə xoş rəftar edirsiz, dostlarınıza, ailə üzvlərinizə, həmkarlarınıza, tanışlarınıza və tanımadığınız insanlara özünüz haqda danışırsız.

Sosial şəbəkələrdəki informasiyada nəyin çatmadığını daha yaxşı anlamaq üçün pornoqrafiyanı götürün. Bütün dövrlərin ən məşhur pornoqrafik videosu – “Mükəmməl bədən, mükəmməl seks…”. bu videoya 80 milyon dəfədən çox baxılıb. Əgər sosial media bizdə insanların hansı videonu izlədiyi haqda dəqqiq təsəvvür yaratsaydı, “Mükəmməl bədən…” milyonlarla insan tərəfindən paylaşılmalı idi.

Bununla belə, bu video sosial şəbəkələrdə yalnız onlarla dəfə paylaşılıb və hər dəfə də adi istifadəçilərin yox, porno-ulduzların səhifələrində. Aydındır ki, insanlar böyük ehtimalla bu videoya baxmış olsalar da, ona olan maraqlarını dostlarına sərgiləmək istəmirlər.

 Facebook dünyasından belə məlum olur ki, hər bir gənc şənbə günləri möhtəşəm məclisdə olur. Real dünyada isə əksəriyyət təkbaşına evdə oturur və “Netflix”də serialları izləməklə vaxt öldürür.

Facebook dünyasında hər hansı qız sevgilisi ilə tətildən 26 xoşbəxt şəkil paylaşır. Realda isə bu paylaşımdan dərhal sonra o, “Google”da “Sevgilim mənimlə sekslə məşğul olmaq istəmir, nə etməli?” cümləsi ilə axtarışa başlayır. Yeri gəlmişkən, ola bilər ki, həmin bu vaxt onun sevgilisi “Mükəmməl bədən, mükəmməl seks…” videosunu izləyir.

 “Facebook”un şəxsi hekayələrə dair eksperimenti 

2006-cı il sentyabrın 5-də Facebook əsas səhifəsində əhəmiyyətli dərəcədə dəyişiklik təqdim edib. Bu yenilənməyə qədər dostlarının nə etdiyini istifadəçilər yalnız profilləri tıklayaraq öyrənə bilirdilər. Və o zaman sayt 9,4 milyon istifadəçinin eyni zamanda bu platformada olmasını böyük uğur sayırdı.

Amma burada mühəndislər “News Feed” (xəbər lenti) adlanan yeniliyi yaratdılar, bunun sayəsində dostlarının nə elədiyi dərhal istifadəçilərə təqdim olunur.

On minlərlə insan dərhal bildirməyə başladılar ki, xəbər lentinə nifrət edirlər və bu, şəxsi həyata müdaxilədir. Amma bu reaksiyalardan həyəcanlanan jurnalistlər “Facebook”un həmtəsisçisi və rəhbəri Mark Sukerberqdən bu haqda müsahibə aldıqları zaman o, çox soyuqqanlı idi. Səbəb? Sukerberqin əlində insanların “Facebook”a girişi ilə bağlı məlumat vardı. O bilirdi ki, əslində insanlar xəbər lentini çox bəyənib. Onun əlində bunu sübut edən göstəricilər vardı.

Nəticədə demək olar ki, dərhal bundan sonra insanlar yeniliyin təqdimatına qədər olan dövrə nisbətən “Facebook”da daha çox vaxt keçirməyə başladılar. Avqustda istifadəçilər saytın 12 milyard səhifəsinə baxmışdısa, oktyabrda, xəbər lenti işə düşəndən sonra isə bu say 22 milyarda çatmışdı.

Və xəbər lenti qaldı. İndi “Facebook”a hər gün milyard nəfərdən çox aktiv istifadəəçi daxil olur.

Öz real vəziyyətinizi heç vaxt başqalarının sosial şəbəkələrdəki paylaşımları ilə müqayisə etməyin.

“Google” sirr açıb:

  • İnsanlar arasında əlaqələr nə dərəcədə güclü ola bilər,
  • İnsanlar başqalarını xarici görünüşünə görə dəyərləndirməyə nə dərəcədə böyük maraq göstərir,
  • İnsanlar başqaları haqda üzdən faktların öyrənilməsində nə dərəcədə maraqlı ola bilərlər.

Bu dərsi ilklər sırasında “Netflix” şirkəti öyrənib.

İnsanların danışdıqlarına etimad etməyin, yalnız onların elədiklərinə etimad göstərin”, – “Netflix” menecerləri bildirirlər.

Şirkət ən başından istifadəçilərə hazırda izləmək üçün vaxtlarının olmadığı və gələcəkdə baxmaq istədikləri filmlərin siyahısı yaratmaq imkanı verib. Beləliklə də insanların daha çox zamanı yarananda “Netflix”in onlara bu filmləri xatırlatmaq imkanı olurdu.

Bununla belə bu məlumatlarda qəribə bir şey sezilirdi. İstifadəçilər siyahıya çox sayda filmlərin adını daxil edirdi, amma bir neçə gün keçəndən sonra onlara bu filmlər xatırladılanda, onlar nadir halda xatırlatmanı tıklayırdı.

Bəs problem nə idi?

 Məlum olub ki, əksəriyyət siyahının açıq olduğunu bildiyi üçün “sanballı” müəllif filmlərinə və ciddi sənədli filmlərə baxmaq istədiklərini qeyd edirlər. Amma əslində əksəriyyət yalnız adətən baxmağa alışdıqları filmlərə baxmaq istəyir: yüngül komediyalar və ya romantik kinolar.

 “İnsanlar mütəmadi olaraq özlərinə yalan danışırlar”, – “Google” tədqiqatçısı deyir.

Elə həmin “Netflix” bunu tezliklə anlayır və istəklərə yox, milyonlarla tıklama və baxışa əsaslanan model hazırlamağa başlayır.

Nəticə: müştərilər “Netflix”ə daha çox girməyə və daha çox film izləməyə başladılar.

 “Alqoritmlər sizi sizdən daha yaxşı tanıyır”, – “Netflix”də məlumatların toplanması üzrə keçmiş mütəxəssis Kvasye Amatrien deyir.

Qorxunc güzgü

“Google”da və sosial şəbəkələrdə yaradılan milyonlarla sorğunun analizi milyonlarla gey kişinin; zorlama fantaziyası quran əhəmiyyətli sayda qadınların mövcudluğunu; o cümlədən də Amerikada afroamerikalılara qarşı xəbərdarlıqların kifayət qədər geniş yayıldığını göstərib.

Məlum olub ki, uşaqlarla qəddar davranışın və müstəqil şəkildə abortun çox sayda aludəçiləri var.

Aydın olub ki, Amerika cəmiyyətində gizli şəkildə qəti islam fobiyası inkişaf etməkdədir.

Faydalı güzgü

Amma məlumatlar çoxluğunun analizinin köməyi ilə əldə ediilən biliklərin həyatımızı yaxşılaşdıra biləcəyinə dair arqumentlər də mövcuddur.

Onlardan ən əsasları:

“Google”da istənilən məsələ ilə bağlı sizi maraqlandıran axtarış sizin bu dünyada tənha olmadığınızı göstərə bilər.

Əslində “Hamı yalan danışır” bestsellerinin müəllifi Set Stivens-Davidoviç hesab edir ki, məlumatlar çoxluğu məşhur ifadəni təsdiqləyə bilər: “Heç vaxt içinizdəkiləri başqalarının nümayiş etdirdikləri ilə müqayisə etməyin”.

Düzdür yeni interpretasiyada bu, belə səslənir: “Heç vaxt özünüzün “Google”dakı axtarışlarınızı digər insanların sosial şəbəkələrdəki paylaşımları ilə müqayisə etməyin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp BMT-də çıxışı zamanı İranı hədələdi:

Sonrakı məqalə

İran prezidenti Trampla görüşəcəkmi? –