İran prezidentinin Türkiyəyə səfəri gözlənilir

İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalının efirində bildirib.

“Belə bir səfər hazır idi. Müəyyən səbəblərdən səfər təxirə salındı. Hazırda danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək” – deyə Kalın müsahibəsində deyib.

O, səfərin konkret vaxtını açıqlamayıb.

Əvvəlki məqalə

“SSRİ-ni Qarabağ dağıtdı” deyən RSFSR Ali Sovetinin sabiq sədri Ruslan Xasbulatov öldü

Sonrakı məqalə

“İranın ermənipərəst bəyanatları bizi də narahat edir” –