İran Qətərdə dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirib –-VİDEO

İran Qətərdə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz kompleksinə zərbə endirib.

QatarEnergy xəbər verir ki, raket hücumu dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı klasterinin yerləşdiyi sənaye şəhəri Ras Laffan şəhərinə endirilib.

Zərbələr yanğınlara və ciddi ziyana səbəb olub. Personal təxliyə edilib və xəsarət alan olmayıb.

Tehran əvvəllər İranın Cənubi Pars yatağına endirilən zərbədən sonra Fars körfəzindəki enerji infrastrukturuna hücum etmək niyyəti barədə xəbərdarlıq etmişdi.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.