“İran Rusiyaya növbəti PUA-ları verməyə tələsmir”
“İran ballistik raketlərin tədarükü ilə bağlı Rusiyaya dəstək verməkdən hələ ki imtina edir”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “The New York Times” qəzetinə müsahibəsində deyib.
“İran məlum səbəblərdən bunu etməyə tələsmir. Çünki Rusiya ilk raketləri buraxan kimi İrana qarşı sanksiya təzyiqləri artacaq. Eyni zamanda, yayda bağlanmış müqaviləyə əsasən, Rusiya İrandan 1700 ədəd “Şahed” adlı kamikadze pilotsuz uçan aparat alıb. Onlar hissə-hissə verilir.”, – Budanov bildirib.
Budanov xatırladıb ki, Rusiya indiyədək cəbhə xəttində, elektrik stansiyalarına, elektrik dirəklərinə və elektrik yarımstansiyalarına taktiki zərbələr endirərək bu dronlardan təxminən 540-nı istifadə edib.
Azpost.info
