“Ukraynada sülhün olması ABŞ-dan asılıdır”- Macarıstan Baş naziri

“Ukraynada sülh ABŞ-dan asılıdır. Ukraynalılar – amerikalılar onlara hərbi və maliyyə dəstəyi göstərdiyi müddətədək döyüşə biləcəklər”.

Azpost.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Ukrayna münaqişəsi uzanıb və bu təhlükəlidir. Ukrayna yalnız ABŞ-ın onu pul və silahla dəstəklədiyi müddətcə döyüşə biləcək. Amerikalılar istəyəndə Ukraynada sülh olacaq”.

Orban bundan əvvəl də dəfələrlə bəyan edib ki, Ukrayna münaqişəsi Rusiya ilə ABŞ arasında danışıqlar nəticəsində həll oluna bilər.

Azpost.info

Əvvəlki məqalə

“Sentyabr əməliyyatı bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq” –

Sonrakı məqalə

“İran Rusiyaya növbəti PUA-ları verməyə tələsmir”