İran səfiri İtaliya XİN-ə çağırılıb

İranın Romadakı səfiri İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Le Monde” saytının xəbərinə görə, İranda son 3 ayda qadın etirazçılara qarşı zorakılıqlarla bağlı Məhəmməd Rza Saburi nazirliyə çağırılıb. Diplomatla görüş çərşənbə gününə nəzərdə tutulub.

Qeyd edək ki, bu günlərdə İtaliyanın xarici işlər naziri Antonio Tayani İrandakı vəziyyəti “qəbuledilməz rüsvayçılıq” kimi xarakterizə edib.

Əvvəlki məqalə

Tovuzda azyaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır

Sonrakı məqalə

Şəmkirdə yeniyetmə oğlan bıçaqlanıb