Tovuzda azyaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır

Tovuz rayonunda azyaşlı qızın ərə verilməsi ilə bağlı Tovuz rayon polis şöbəsində müvafiq araşdırma başladılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub.

Onlara bildirilib ki qanunla müəyyən edilmiş yaş həddinə çatmamış şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər bu məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşının qanunla müəyyən edilmiş həddə çatdıqdan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Bu il ABŞ-da atışmalarda 43 min insan həlak olub

Sonrakı məqalə

İran səfiri İtaliya XİN-ə çağırılıb