Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq –FOTO

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində – Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.

Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub.

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.

Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 – 1 500 000 rubl aralığında qiymətləndiriləcək.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AXCP, Müsavat, Əli İnsanov və İsa Qəmbər əməkdaşlıq barədə memorandum imzaladılar

Sonrakı məqalə

İran sabahdan uranın zənginləşdirilməsinə başlayacaq –