Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran Şahın ABŞ-dan aldığı “Kobra”lardan imtina etdi –

User 05 Fevral 2026 - 15:40 (Last updated: 05 Fevral 2026 - 15:40)
mi 28

İnternetdə Rusiyanın müasir Mi-28NE hücum helikopterlərinin (Qərbdə “Havoc” adı ilə tanınır) İrana təhvil verilməsini təsdiqləyən ilk görüntülər ortaya çıxıb.

AzPost bildirir ki, Amerikanın profil nəşri olan TWZ-nin məlumatına görə, bu çatdırılma İran ordusu aviasiyasında Amerika texnologiyasının dominantlığı dövrünün sona çatdığını göstərir.

“Kobra” dövrünün sonu
Təxminən yarım əsr ərzində İranın zərbə qüvvələrinin əsasını İslam İnqilabından əvvəl Vaşinqtondan alınan AH-1J International Cobra helikopterləri təşkil edirdi. Bu günsanksiyalar və aşınma səbəbindən bu helikopetrləri işlək vəziyyətdə saxlamaq Tehran üçün faktiki olaraq qeyri-mümkün olub.

Mi-28NE onları tamamilə fərqli bir platforma kimi əvəz edir.

Rusiya helikopterləri xeyli dərəcədə daha yaxşı zirehlidir və hava hücumundan müdafiə sistemlərindən qorunur. Döyüş Gücünə görə, təyyarə köhnəlmiş “Kobra”larla müqayisədə xeyli çox yük (raketlər və mərmilər) daşıya bilir. Yeni təyyarələr radarlar və infraqırmızı qüllələrlə təchiz olunub. Bu da onların sıfır görünmə şəraitində və istənilən hava şəraitində effektiv şəkildə fəaliyyət göstərməsinə imkan verir.

Sifariş edilən təyyarələrin dəqiq sayı və onların tam xüsusiyyətləri gizli saxlanılır. Lakin TWZ müşahidəçiləri fotoşəkillərdə vacib bir detala diqqət yetiriblər: İran Mi-28-ləri bir çox digər ixrac versiyalarında olmayan mərkəzə quraşdırılmış radarla təchiz olunub. Bu, Tehrana hədəf aşkarlamasında əhəmiyyətli bir üstünlük verir.

Fotoşəkillərdə vertolyotların qismən sökülmüş şəkildə (ehtimal ki, daşınma və ya yığılma zamanı) görünməsinə baxmayaraq, mütəxəssislər deyri ki, bu təyyarələrin hətta az sayda olması belə İran arsenalına “əhəmiyyətli bir əlavə”dir..

İranın bu helikopterləri əldə etməsi sadəcə donanmasının təkmilləşdirilməsi deyil, həm də çəkindirici amildir.

Tehran bu təyyarələrdən hucumları dəf etmək üçün istifadə edəcək. Təkmilləşdirilmiş gecə döyüş imkanları vertolyotları potensial quru hücumlarını dəf etmək üçün ideal hala gətirir. Bundan başqa analitiklər Mi-28-in yüksək manevr qabiliyyəti və güclü silahlanmasının rejimə qarşı daxili təhdidləri yatırmaq üçün istifadə edilə biləcəyini istisna etmirlər.

AzPost.az

Post navigation

Previous: Magistratura imtahanlarının vaxtı açıqlandı
Next: Araik və onun guruhu üçün “Nurenberq prosesi” –

Oxşar xəbərlər

ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.