“İran silahları bütün region üçün təhlükə yaradır”- Britaniyalı nazir

“İran silahları bütün region üçün təhlükə yaradır”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli eyib.

Onun sözlərinə görə, İran Ukraynadakı münaqişədə istifadə etməsi üçün öz pilotsuz təyyarələrini Rusiyaya satır.

İranın nüvə proqramı məsələsinə toxunan nazir qeyd edib ki, o, həmişəkindən daha çox irəliləyib: “Hazırda İran və Rusiya Böyük Britaniyanın və dünyanın təhlükəsizliyinə həmişəkindən daha ciddi təhdid yaradır. London müttəfiqləri ilə birlikdə İran təhlükəsinə və Tehranın nüvə silahı istehsalına qarşı müqavimət göstərəcək”.

Azpost.info

Əvvəlki məqalə

Oktyabrda ölkədə 6 milyard dollarlıq ticarət əməliyyatı aparılıb

Sonrakı məqalə

Azərbaycanda son sutkada 34 nəfər COVID-19-a yoluxub